Yazını böyüt
Yazını kiçilt
Litva hökuməti Rusiyadan təbii qaz idxalını tam dayandırıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Litvanın Energetika naziri Dainius Kreivis məlumat verib. Litva hökumətinin bu addımı atmasına səbəb Rusiyanın "dost olmayan ölkələrə qaz nəqlini rublla aparmaq" qərarı olub.
Kreivis deyib: “Aprel ayından başlayaraq Litvada artıq rus qazı yanmır. Litva, bu gün Rusiya ilə enerji bağlarını kəsməmizə icazə verən qərara gəldi. Bu qərar, Litvanın enerji təhlükəsizliyi tarixində bir dönüm nöqtəsidir. Avropa İttifaqı üzvlərinin də eyni addımı atacağını gözləyirik”.